Qəbələnddə dağlarda füsunkar görünüş, təmiz hava, restoran və kafelərdə dadlı yeməklər, ətirli güllərlə dolu gözəl bağlar sizin yolunuzu gözləyir. Qəbələnd 40-dan çox əyləncə obyektindən – attraksionlar, karusellər, katamaranlı süni göllər, hovuz-su parkı, futbol, basketbol, voleybol meydançaları, ibarətdir. Həmçinin siz burada at və ponilərlə gəzintiyə də çıxa bilərsiniz.

Nohurgöl əzəmətli Qafqaz Dağları, təmiz havası və duru suyu ilə göz oxşayır və Qəbələnin ən görməli yerlərindəndir. Nohur gölü Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda yerləşir. Öz gözəlliyi ilə görənləri heyran edən Nohurgöldə sakit atmosfer və quşların səsi, şəhər səs-küyündən istirahət etmək üçün ideal mühit yaradır. Burada həmçinin kiçik qayıqlarla və katamaranlarla gəzməklə ətraf mənzərədən zövq almaq olar.

Vəndam kəndi rayon mərkəzindən 14 kilometr məsafədə yerləşir. Burada çoxlu meyvə, xüsusilə alma bağları var. Turistlərin marağını çəkən bu kəndin cazibədar yerləri çoxdur. Elə rayondakı əksər turizm obyektləri də burada fəaliyyət göstərir. “Duyma” sağlamlıq və istirahət mərkəzi, “Semerana”, “7 gözəl pansionatı” və 7 gözəl şəlaləsi ilə məşhurdur. Qəbələyə istirahətə gələnlər üçün ən çox kirayə evlərin olduğu kənddə məhz Vəndamdır.

Yeddi Gözəl Şəlaləsi – Qəbələnin ən məşhur turizm məkanlarından biri olan Yeddi gözəl şəlaləsi Vəndam kəndindən 6 kilometr aralıda və Puskan qəsəbəsi üzərində əsas trasın 3 kilometrliyində yerləşir. Burada müxtəlif yarğanlardan tökülən su yeddi pilləli şəlalə əmələ gətirir.

Qəbələdə turistlərin diqqətini çəkən daha bir böyük məkan “Tufandağ” qış turizm mərkəzidir. Burda idmanın qış növləri üzrə — kanatla gəzintilər, xizək sürmə, restoran, kafe, otel turları, həm böyüklər, həm də uşaqlar üçün ekskursiya və əyləncə xidmətləri vardır.

Mucuq şəlaləsi Laza kəndinin şimalında, Dəmiraparan çayının sol yamacında yerləşir. Əvvəlcə sizin qarşınıza kiçik şəlalə çıxacaq və böyük şəlaləyə çatmaq üçün uzun məsafə qət etmək lazım gələcək. Nəhayət, üç saatlıq yoldan sonra 54 metr yüksəklikdə olan sıldırım qayadan sürətlə tökülən Mucuq şəlaləsini görəcəksiniz. Bu gözəl mənzərənin qarşısında yolun bütün yorğunluğu unutduracaq.

Gabala tour

Hazırsız?

təcrubəli
bələdçi

mənzərəli
yerlər

xüsusi
hədiyyəmiz

Əlavə:
01.06.2020
dağlarda füsunkar görünüş, restoran və kafelərdə dadlı yeməklər, ətirli güllərlə dolu gözəl bağlar sizin yolunuzu gözləyir.
Bizimlə əlaqə:
+(994)55 555 55 55
Bizə qatıl